SOUNDRIDE
Balansı artır

Yango və Heetch-in rəsmi tərəfdaşı · Bakı

Bakının ritmində qazan.

SoundRide — Yango və Heetch platformalarında sürücülər, avtomobil sahibləri və şirkətlər üçün güvənilir tərəfdaş. Avtomobillə və ya avtomobilsiz — qazanmağa bu gün başla.

Xidmətlər

Gəl, başlayaq.

Dörd yol, bir məqsəd — sənin qazancın.

01
Avtomobilsiz

Sürücü ol

Şirkətin avtomobili ilə Yango və Heetch-də sür. Xərcləri biz qarşılayırıq, sən yalnız sürürsən.

Müraciət et
02
Öz işinin sahibi

Özün üçün işlə: taksi sürücüsü və ya kuryer

Şəxsi avtomobilinlə taksi sür və həftəlik bonuslar qazan, ya da avtomobil, motosiklet, velosiped, skuter və ya piyada çatdırılma et.

Müraciət et
03
Sabit gəlir

Öz avtoparkını qur

Öz avtoparkını qur və sabit gəlir əldə et — hər addımda yanındayıq.

WhatsApp-da danışaq
04
Passiv gəlir

İnvestor ol

Kapitalını və ya avtomobillərini bizə həvalə et. İdarəetmə və əməliyyatlar bizdə, passiv gəlir səndə.

WhatsApp-da danışaq

Dostlarımız

Bir komandada işləyirik.

Sürücülərimizin hər gün istifadə etdiyi tətbiqlər və platformalar.

Suallar

Tez-tez verilən suallar

Avtopark sürücüsü · Avtomobilim yoxdur

Avtomobilsiz sürücü kimi necə başlayım?

Xidmətlərə keç, «Sürücü ol» bölümündə müraciət et və nömrəni yaz, SMS ilə dəvət gələcək. fltX driver tətbiqini yüklə, həmin nömrə ilə daxil ol və qeydiyyatı tamamla.

Nə lazımdır?

Minimum 24 yaş, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və sürücü şəhadətnaməsi. Avtomobili biz veririk.

Xərcləri kim ödəyir?

Xərcləri biz qarşılayırıq, sən yalnız sürürsən.

Sürmədən, kuryer kimi işləyə bilərəmmi?

Bəli. Motosiklet, velosiped, skuter və ya piyada çatdırılma edə bilərsən. Bunun üçün Xidmətlərə keç və «Özün üçün işlə: taksi sürücüsü və ya kuryer» bölümündə müraciət et.

Qazancımı necə çıxarım?

fltX driver tətbiqindən çıxarış sorğusu göndər və vəziyyətini orada izlə.

Yango və Heetch — hər ikisində işləyə bilərəmmi?

Bəli. SoundRide hər iki platformanın rəsmi tərəfdaşıdır: səni hər ikisinə qoşuruq, sifariş harada çoxdursa, orada işləyirsən.

Özünüməşğul · Avtomobilim var

Öz avtomobilimlə necə başlayım?

Xidmətlərə keç, «Özün üçün işlə: taksi sürücüsü və ya kuryer» bölümündə müraciət et və nömrəni yaz, SMS ilə dəvət gələcək. fltX switch tətbiqini yüklə, həmin nömrə ilə daxil ol və qeydiyyatı tamamla.

Nə lazımdır?

Şəxsiyyət vəsiqəsi, VÖEN, sürücülük vəsiqəsi və sürücü şəhadətnaməsi. Avtomobilin buraxılış vərəqəsi də mütləqdir.

Bonus varmı?

Bəli. Şəxsi avtomobilinlə taksi sürəndə həftəlik bonuslar qazanırsan.

Avtomobilimlə kuryer ola bilərəmmi?

Bəli. Şəxsi avtomobilinlə çatdırılma da edə bilərsən. Bunun üçün Xidmətlərə keç və «Özün üçün işlə: taksi sürücüsü və ya kuryer» bölümündə müraciət et.

Qazancımı nə vaxt çıxara bilərəm?

İstənilən vaxt. fltX switch tətbiqindən 7/24 öz hesabına köçürə bilərsən.

Yango və Heetch — hər ikisində işləyə bilərəmmi?

Bəli. SoundRide hər iki platformanın rəsmi tərəfdaşıdır: səni hər ikisinə qoşuruq, sifariş harada çoxdursa, orada işləyirsən.

Avtopark sahibləri

Öz avtoparkımı qurmaq üçün nədən başlayım?

Xidmətlərə keç, «Öz avtoparkını qur» bölümündə «WhatsApp-da danışaq»ı bas və neçə avtomobilin olduğunu, yaxud almağı planlaşdırdığını yaz. İlk addımları birlikdə keçəcəyik: platformalara qoşulma, sürücü tapma, idarəetmə.

Avtoparkımı necə idarə edəcəyəm?

Sürücülərin qazancını, balanslarını və ödənişlərini fltX-də görürsən. Avtomobillərin harada olduğunu real vaxtda gpsX göstərir. Sürücülərin fltX driver tətbiqindən istifadə edir.

Sürücüləri özüm tapmalıyam?

Xidmətlərə keç, «Öz avtoparkını qur» bölümündə «WhatsApp-da danışaq»ı bas, sürücü tapmaqda necə kömək edə biləcəyimizi birlikdə müzakirə edək.

İnvestorlar

İnvestor kimdir?

Kapital qoyan və/və ya avtomobil sahibi olan şəxs. Avtomobilləri və ya vəsaiti bizə idarəetməyə verirsən; sürücüləri, texniki xidməti və platformalarla işi biz aparırıq, sən passiv gəlir alırsan.

Şərtlər necədir?

Gəlir bölgüsü, müddət və hesabat qaydası fərdi razılaşdırılır və müqavilə ilə təsbit olunur. Xidmətlərə keç, «İnvestor ol» bölümündə «WhatsApp-da danışaq»ı bas, rəqəmləri birlikdə hesablayaq.

Avtomobillərimə nə olduğunu necə izləyəcəyəm?

Hər avtomobil gpsX-də izlənir. Qazanc və xərclər fltX-də qeyd olunur. Hesabatı razılaşdırdığımız dövrlərlə alırsan.

Əlaqə

Bizi tap.

Ünvan
Qurban Xəlilov 15A,
Səbail rayonu, Bakı
İş saatları
09:00 – 23:30
Canlı dəstək